İran 10 əsas ərzaq məhsulunun ehtiyat fondunu yaradır
Tehran rejimi mümkün embarqolara hazırlaşır
26 Aprel 2012 14:02 İqtisadiyyatİran hökuməti 10 əsas ərzaq məhsulunun toplanması üçün göstəriş verib. Lent.az-ın Türkiyənin "haber 365.com" saytına istinadən verdiyi məlumata görə, dövlət qurumlarına və özəl sektora başda ət, süd və düyü olmaqla 10 əsas ərzaq məhsulunun ehtiyat fondunun yaradılması tapşırılıb. Buna İranın embarqolar səbəbilə qarşılaşdığı çətinliklərin səbəb olduğu bildirilir. İranın xüsusilə bəzi Avropa ölkələrinə neft satışını dayandırmasından sonra nağd pul ödəmə çətinliyi çəkdiyi bildirilir. Başqa bir səbəb isə nüvə müzakirələrində istənilən nəticə əldə edilməyəcəyi təqdirdə ölkəyə tətbiq ediləcək ərzaq embarqosudur. İran gələn ay Bağdadda keçiriləcək müzakirələrdə hazır getmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31