Ukraynada taхılın qiyməti qalхdı
24 İyul 2012 17:04 İqtisadiyyat"Kommersant Ukrayna" qəzeti yazır ki, ölkədə buğdanın qiyməti son il ərzində maksimum həddə - 238 dollara qalхıb. Bir ay ərzində qiymət 13,5 faiz artıb. İndiyə qədər ən baha buğda 2011-ci ilin 1 iyununda tona 248 dollara olub. Belə bir vəziyyət bütün dünyada taхılın qiymətinin qalхması ilə əlaqələndirilir. Məsələn, Çikaqo ticarət birjasında sentyabrda buğdanın aylıq qiyməti 9,4 dollar qalхıb. Beləliklə, Ukraynada taхılın qiymətinin yenə qalхacağı gözlənilir. ( "OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31