“SOCAR Energy Georgia” MMC-nin 2012-ci ilin yanvar-iyun ayları üzrə göstəriciləri açıqlanıb

ARDNŞ-nin Gürcüstanda fəaliyyət göstərən "SOCAR Energy Georgia" şirkəti qonşu ölkənin neft məhsulları və qaz distributsiyası bazarında əhəmiyyətli yer tutur. Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, 2012-ci ilin yanvar-iyun ayları ərzində "SOCAR Energy Georgia" MMC tərəfindən Gürcüstana idxal olunan kommersiya təyinatlı qazın həcmi 319 milyon 477 min 300 kubmetr, sosial təyinatlı qazın həcmi 809 milyon 700 min kubmetr təşkil edib. Qonşu ölkə ərazisində 61 min 86 ton benzin, 120 min 161 ton dizel yanacağı, 9 min 917 ton bitum və 4 min 675 ton maye qaz (LPG) realizə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31