Qeyri-neft sektoru neft sektorunu üstələyib

2012-ci ilin birinci yarısında qeyri-neft sektorunda 8,7 faiz artım, neft sektorunda 5,2 faiz azalma müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə ümumilikdə ölkənin sənaye sahələrində 17,5 milyard manatlıq məhsul istehsal olunub.  İstehsalın 77,1 faizi mədənçıxarma, 17,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.  Cari ilin altı ayı ərzində neft hasilatı 22,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 8,8 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, mebel, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31