Qaz təchizatında məhdudiyyətlər olacaq
23 İyul 2012 20:45 İqtisadiyyatTəmir işləri ilə əlaqədar olaraq 24 iyul 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Xoşbulaq", "Bağbanlar", "Gəncə Körpü Tikinti-2" qaztənzimləyici məntəqələri və "Daşkəsən" avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Trend "Azəriqaz" İB-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri müddətində Gəncə şəhərinin Bağbanlar adlanan yaşayış massivinə və Daşkəsən rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31