Saxta ərzaq malları dükanlarda tüğyan edir
23 İyul 2012 17:46 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində - Corat qəsəbəsində yerləşən "Dostluq" kafesində; Səbail rayonunda
-Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsindəki "Dərya balıq evi" və "Bül-Bül" kafelərində saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Sumqayıt şəhərində -Corat qəsəbəsindəki "Okean market"də; Səbail rayonunda -Salyan şosesi, Şahinbağ yaşayış sahəsində yerləşən "Panorama" kafesində - Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi, ev 57 ünvanındakı "Xəzər" kafesində saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır. Sumqayıt şəhərində -Corat qəsəbəsindəki "Sahil" kafesində; Səbail rayonunda -Salyan şosesindəki "Aqua park" istirahət zonasında, "Eldorado" kafesində və Rövşən Əzizova məxsus kafedə; -N.Quliyev küçəsi, ev 57 ünvanında yerləşən "Ailəvi" kafedə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən olunmuşdur. Abşeron rayonunda -Novxanı qəsəbəsində Vaqif İbrahimova məxsus mağazada; Şəmkir şəhərində
-20 Yanvar küçəsində Rəşid Bayraməliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir.
Bərdə rayonunda -Zümürxan kəndində Akif Hüseynova məxsus mağazada; Yevlax şəhərində -Aran qəsəbəsində Ravil Rəhimova məxsus mağazada; -Nizami küçəsində yerləşən "Əli" firma mağazasında saxlama müddəti ötmüş malların satıldığı aşkar edilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 310 kq-dan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.