ARDNF hesabat verdi

6 ayda Fondun gəlirləri 7391,9 mln manta olub

Cari ilin 6 ayı ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 7391,9 milyon manat, büdcə xərcləri isə 4878,1 milyon manat təşkil edib. Bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu aylar ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 099,8 manat təşkil edib. Ötən 6 ay ərzində Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 milyon manata bərabər olub. Hesabat dövründə Fondun 2012-ci il büdcəsinin icrası çərçivəsində 4 592,3 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31