Sığortaolunanlar arasında 40-50 yaşlılar üstünlük təşkil edir

Bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. By barədə Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, bununla  Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə catıb. Sığortaolunanların 56,2 faizi  kişi, 43,8  faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini 30 yaşa kimi vətəndaşlar, 23,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,7 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31