«Neft-qaz ehtiyatlarının tükəndiyi yerlər dövlətə qaytarılıb»

Şahin İsmayılov: “Doğrudan da qanuni şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə qaytarılmış ərazilərdə bu cür tikililər yoxdur”

Sənaye və energetika naziri Natiq Əliyev ARDNŞ-ə rəhvərlik etdiyi dövrlərdə şirkətə məxsus ərazilərdə qanunsuz tikintilərin aparılmadığı barədə açıqlama ilə çıxış edib. Nazir bildirib ki, həmin dövrdə qazma və hasilat işlərinin aparılmadığı ərazilər dövlətə qaytarılıb.  Məsələ ilə bağlı "OLAYLAR"-a münasibət bildirən Dövlət Neft Şirkətinin Hüquq İdarəsinin hüquqi mübahisələrlə iş şöbəsinin rəisi Şahin İsmayılov deyib ki, həqiqətən də neft-qaz ehtiyatlarının tükəndiyi yerlər dövlətə qaytarılıb: "Doğrudan da qanuni şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə qaytarılmış ərazilərdə bu cür tikililər yoxdur. Ondan sonra isə müxtəlif dövrlərdə, 2007-2008-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ARDNŞ-in daimi istifadəçisi olan ərazinin xəritəsi təsdiq olunub. Qanunu şəkildə ayrılmış ərazilər də həmin xəritədə əksini tapıb. Yəni bu hüquqi və fiziki şəxslərə ayrılmış ərazilərdir. Həmin ərazilər xüsusi bir zolaqla ayrılıb və göstərilib ki, həmin ərazilər qanuni şəkildə hüquqi və fiziki şəxslərə ayrılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31