"Günəşli” yatağında yeni quyu qazılır

"Günəşli" yatağındakı 14-cü özüldən 306 nömrəli quyuda qazma işlərinə başlanılıb. Dövlət Neft Şirkətindən "Azadinform"a verilən məlumata görə, layihə dərinliyi 3050 metr olan quyu Kompleks Qazma İşləri Trestinin "Xəzər" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi (keçmiş "Bayıl Limanı" DKQİ) tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 100 ton neft hasil ediləcək.
Quyuda istismar işləri ''28 May'' adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31