DSMF-nın gəlirləri 39,6 faiz artıb
19 İyul 2012 16:25 İqtisadiyyat2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz çoxdur. Fondun "Olaylar"a vüeilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil etmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faiz və ya 51,3 mln. manat artmış, proqnoz isə 106,7 faiz icra olunmuşdur. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir.
Hüsabat dövründə Fondunun xərcləri 1198,7 mln. manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında əhaliyə 27,0 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 31,4 faizi hamiləliyə və doğuma görə, 29,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,8 faizi dəfn üçün, 21,7 faizi isə digər müavinətlərin payına düşür.