Elektron ticarət vasitəsilə əhaliyə 643,8 min manatlıq məhsul satılıb - STATİSTİKA
19 İyul 2012 14:19 İqtisadiyyat2012-ci ilin birinci yarısında elektron ticarət vasitəsilə alıcılara 613.2 min manatlıq qeyri-ərzaq malları və 34.6 min manatlıq ərzaq məhsulları satılıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə əhalinin gəlirlərinin artması ticarət şəbəkəsindən daha çox istehlak mallarının alınmasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz artaraq 8.2 milyard manata, pullu xidmətlərin həcmi isə 8.0 faiz çoxalaraq 2.5 milyard manata çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31