Pensiyaların artırılması ilə bağlı müraciətlər azalıb

2012-ci ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun  "190" nömrəli telefon məlumat xidmətinə 25 686 müraciət daxil olub. DSMF ictimaiyyətlə əlaqələr sektorundan "Olaylar"a verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 54,7 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 45,3 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Cari ilin 6 ayında "190" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlərin 52,6 faizi pensiya, 19,5 faizi məcburi dövlət sosial sığortası ilə bağlı məsələlərə aid olub. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 27,9 fazi isə fərdi uçotun təşkili və digər məsələləri əhatə edib.

Ümumilikdə bu ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fonduna pensiyaların məbləğinin az olması və artırılması istiqamətində  ünvanlanan müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31