Əmanətləri qaytaracaq komissiyanın ilk iclası keçirilib
25 Aprel 2012 18:07 İqtisadiyyatBu gün Fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilib. Lent.az-ın məlumatına görə, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində yaradılmış xüsusi komissiyanın ilk iclası keçirilib. İclasda maliyyə naziri Samir Şərifov da iştirak edib.Çıxış edən maliyyə naziri S.Şərifov fərmanın icrasını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, fərmanda qeyd olunduğu kimi 01 iyun 2012-ci il tarixindən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd edib və müvafiq tapşırıqlar verib. İclasın işində Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.