Avropada maşın bazarı "ölüb"?

Avropada davam edən borc böhranı regionda avtomobil bazarına kifayət qədər ziyan vurub

Avropada davam edən borc böhranı regionda avtomobil bazarına kifayət qədər ziyan vurub. Maşına olan tələbat hər zamankı kimi yüksək olsa da, bazar tələbi avropalıların maddi durumundan asılı olaraq xeyli aşağı düşüb. Digər aylarla müqayisədə İyun ayında Avropada yalnız 2.8 faizlik geriləmə qeydə alınmasına rəğmən, avtomobil satışının zəifləməsi tendensiyası davam etməkdədir.  Əsas zərbə ölkənin yuvarlandığı maliyyə böhranından asılı olaraq İtaliya, Yunanıstan və İspaniyanın maşın sənayesinə dəyib. Bununla belə Böyük Britaniya və Almaniyada əksinə olaraq avtomobil satışı 3-3.5 faiz artıb. Avropa avtoistehsalçılar assosasiyası, son hesabatında bu gedişlə regionda bir sıra avtomobil zavodların qapanmasının qaçılmaz olacağı qeyd edib.  "Avtomobil Böhranın" ilk qurbanın iri "Pejo-Sitroen" konserni ola bilər. Şirkətin təkcə iyun ayındakı ümumi satışları 8.6 faiz aşağı düşüb. İl ərzində isə bu azalma 14 faizlə müşahidə olunub. Şirkətin yaxın zamanda çıxış yolu kimi işçiləri ixtisar edəcəyi və zavodu bağlayacağı istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31