“İran Hörmüz məsələsini gündəmə gətirməklə əlavə dividentlər qazanmaq istəyir"

İlham Şaban: “Tərəflər otən ildən boş-boşuna oturmayıblar və İranın hədələrini də elə-belə söz kimi qəbul etmirlər”

"İran Hörmüz məsələsini gündəmə gətirməklə əlavə dividentlər qazanmaq istəyir". Bunu "OLAYLAR"a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Hörmüz boğazından kənar keçən neft kəmərləri ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,  bu Birləşmiş Ərəb Əmirliklərinin neft mədənlərini Hörmüz boğazından yan keçməklə birbaşa Ərəb dənizinə çıxaran infrastrukturudur: "Artıq bir-birinə paralel olaraq 2 neft kəməri çəkilib və istifadəyə verilib. Gündəlik buraxıcılıq qabiliyyəti  1,8 mln barreldir, yeni ildə isə bu rəqəm 90 mln ton olacaq. Bundan əlavə Səudiyyə Ərəbistanından Qırmızı dənizə də yeni kəmər çəkilib. Yəni tərəflər otən ildən boş-boşuna oturmayıblar və İranın hədələrini də elə-belə söz kimi qəbul etmirlər, ona görə də hazırlaşıblar. Ancaq istənilən halda İranın qərarı bazara informativ bir pressinq kimi çox mənfi təsir edəcək və qiymətlərin yuxarı qalxmasına müəyyən qədər öz töhfəsini verəcək. İndi  Qərbin bir nömrəli problemi Suriya və Əsədin devrilməsidir ona bir başa dayaq verməkdən vaz keçən İran isə Hörmüz məsələsini gündəmə gətirməklə əlavə dividentlər qazanmaq istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31