Sərinləşdirici içkilər bazarında monitorinqlər davam etdirilir

Məlumat verildiyi kimi İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4a ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes və tərxun limonadlarının və qazlı suların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalardan koli-indeksin normadan dəfələrlə çox olduğu aşkar edilmişdir.
Laborator müayinələrin nəticələrinə əsasən, istehlaka yararsız 800 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Süleyman Süleymanova icrası məcburi göstəriş verilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31