“Debütbank” “Zaminbank” və digər banklara təzyiqlər artacaq” - AÇIQLAMA

Məhəmməd Talıblı: “Bəzi bankların lisenziyadan məhrum olması ona gətirib çıxaracaq ki, sonda Azərbaycanda 10-20 arası bank qalacaq”

"Mərkəzi Bankın "Röyalbank" ASC-nın lisenziyasını ləğv etməsi Azərbaycanda bank sistemində dərinləşən islahatın təzahürüdür". Bunu "OLAYLAR"a açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. Onun sözlərinə görə, ümumilikdə bank sistemində belə bir islahatın aparılacağı hələ 1 il bundan öncə bəlli idi: "Ümumiyyətlə MB rəhbərliyi hələ 1 il əvvəl demişdi ki, Azərbaycanda bank sistemində islahatlar dərinləşdiriləcək. Əslində çoxları bunu müasir bank sistemində yenilənmə kimi başa düşürdü.
Mən onda qeyd edirdim ki, bu bank sistemində kapitalın təmərküzləşməsinə proyeksiyalanıb. Yəni, bəzi bankların lisenziyadan məhrum olması ona gətirib çıxaracaq ki, sonda Azərbaycanda 10-20 arası bank qalacaq, həmin banklarda əsas kapital ailəyə məxsus olacaq, yerdə qalan səhm paketi isə bir neçə piroqlarda özəl kapital olacaq". M.Talıblı onu da deyib ki, yaxın aylarda "Debütbank", "Zaminbank" və bu qəbildən olan bəzi banklara təzyiqlər artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31