Qərbi Avropa birjalarında ucuzlaşma müşahidə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, ötən həftənin cümə günü statməlumatlar və korporativ hesabatların təsiri altında Qərbi Avropanın əsas səhmdar bazarlarında əsasən geriləmə qeydə alınıb. Regionun iri şirkətlərinin "Stoxx Europe 600" indeksi 0,3% düşərək 635,77 bəndə enib, Britaniyanın "FTSE 100" indeksi 0,3%, Almaniyanın "DAX" indeksi 0,8%, Fransanın "CAC 40" indeksi isə 0,4% dəyər itirib. Buna qarşı İtaliyanın "FTSE MIB" və İspaniyanın "IBEX 35" indeksləri 0,4% yüksəlib. Bazarlardakı enişə Böyük Britaniyada pərakəndə satışların və istehlakçı inamının kəskin düşməsi, avrozona və Fransada biznes aktivliyi (PMI) göstəricilərinin zəifləməsi, eləcə də "Kering" (-16,6%) və "Volvo Cars" (-24,2%) kimi iri şirkətlərin zəif rüblük hesabatları səbəb olub. Bununla belə, güclü maliyyə nəticələri açıqlayan "Eni" (+5,8%), "Sodexo" (+6,3%), "Lchr("39")Oreal" (+5,6%) və digər neft-qaz nəhənglərinin səhmləri bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31