Ekspert: Ermənistanda qaz qiymətlərini "Qazprom" deyil, hakimiyyət müəyyənləşdirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, politoloq və energetika üzrə ekspert Armen Manvelyan Ermənistan rəhbərliyinin "Qazprom Ermənistan" şirkətinə və Rusiya qazının qiymətinə dair iddialarını manipulyasiya adlandırıb. Ekspertin fikrincə, yekun tarifləri İctimai Xidmətləri Tənzimləyən Komissiya müəyyən edir və hökumət qiymətləri baha hesab edirsə, bunu siyasi ittihamlarla deyil, rəsmi müraciətlə həll etməlidir.

Ekspert Rusiyadan imtina edib alternativ mənbələrə (İran, Türkmənistan, Azərbaycan) yönəlmək planlarını qeyri-real hesab edir: İran tədarükü artırmaq üçün infrastruktur (yüksəkgərginlikli Xətt) illərdir hazır deyil, qiymət Rusiyadan baha olacaq və ABŞ sanksiyaları riski var. Türkmənistanla birbaşa kəmər yoxdur, tranzit üçün İranla məhkəmə mübahisələri mane olur və hasilatın 90%-i Çinə gedir. Bakının isə öz resursları əsasən Avropaya müqavilələrlə yönəlib. Ermənistanın Azərbaycandan ala biləcəyi tək qaz yenə də Rusiya qazı ola bilər, lakin dəfələrlə baha qiymətə.

Manvelyan xəbərdarlıq edir ki, Rusiya qazından imtina elektrik enerjisinin (35-40%-i İES-lərdə istehsal olunur), sənayenin və kənd təsərrüfatının kəskin bahalaşmasına, bu isə ölkə iqtisadiyyatının və əhalinin sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31