Yalançı endirim kampaniyaları var

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən "Fiesta Geyim" MMC-yə  və  Z.Əliyeva küçəsi, ev 17  ünvanında Sadıq Sadıqova məxsus mağazalarda aparılan yoxlama zamanı mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyənləşdirilmişdir. Belə ki, mağazaların ön pəncərəsində endirimlərin tətbiq olunması barədə reklamlar verilsə də, satışda olan mallara heç bir endirimin tətbiq edilmədiyi aşkarlanmışdır. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilmişdir. 
Dövlət Xidməti tərəfindən qeyri-dəqiq reklamların yayımı dayandırılmışdır.   Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülür.         
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31