Təhsil sisteminin şəbəkə infrastrukturu yenilənəcək – tender elan edildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi şəbəkə İnfrastrukturunun təkmilləşdirilməsinin satın alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 600 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 11 sentyabr 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 11 sentyabr 2026-cı il saat 17:00-da (GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 12 599 12 37

Əlaqədar şəxs: Emin Abbasov

Email: [email protected]

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31