Azərbaycanın şəhərsalma və memarlıq ənənələri qədim tarixə malikdir- ÖZƏL
14:31 İqtisadiyyat"Şəhərsalma və memarlıq ölkənin sosial-iqtisadi inkişafının mühüm istiqamətlərindən biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhər mühitinin, yaşayış məntəqələrinin simasının yenilənməsi və əhalinin rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ölkəmizdə "Şəhərsalma və Memarlıq İli"nin elan olunması da bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin növbəti ifadəsidir. Müasir şəhərsalma yalnız yeni binaların və yolların inşası ilə məhdudlaşmır, eyni zamanda insanların təhlükəsiz, rahat və ekoloji cəhətdən əlverişli mühitdə yaşamasını nəzərdə tutur. Bu baxımdan vahid şəhərsalma prinsiplərinin tətbiq edilməsi mühüm önəm kəsb edir.
Azərbaycanın şəhərsalma və memarlıq ənənələri qədim tarixə malikdir. Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarixi-memarlıq nümunələri xalqımızın zəngin mədəni irsinin mühüm hissəsidir. Tarixi irsin qorunması ilə yanaşı, müasir memarlıq üslublarının tətbiqi də şəhərlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhərsalma prosesində milli memarlıq xüsusiyyətlərinin qorunması və müasir tələblərlə uzlaşdırılmasıdır"