Dünya Bankından xəbərdarlıq: Rusiyanın məhdudiyyətləri Ermənistan iqtisadiyyatına zərbə vurur – ÖZƏL

Olaylar.az xəbər verir ki, iyulun 29-da İrəvanda "Ermənistanın iqtisadi nəbzi" hesabatını təqdim edən Dünya Bankı Rusiyanın qoyduğu ticarət məhdudiyyətlərinin ölkənin iqtisadi artımına, inflyasiyaya və sosial vəziyyətə mənfi təsir göstərə biləcəyini bəyan edib. Bankın analitikləri xüsusilə kənd təsərrüfatı və süd məhsulları eksportuna qoyulan qadağaların minlərlə fermerin gəlirinə birbaşa zərbə vurduğunu və daxili bazarda qiymət tərəddüdlərinə yol aça biləcəyini vurğulayıblar. 

Məlumata görə, Ermənistanın süd məhsulları ixracının 78,3%-i məhz Rusiya bazarının payına düşürdü. Həmçinin qeyd olunub ki, ölkədə yoxsulluq səviyyəsi azalsa da, bir çox ev təsərrüfatı hələ də iqtisadi şoklara qarşı həssasdır və əsas problem iş yerlərinin azlığında deyil, aşağı məhsuldarlıq və aşağı əməkhaqqındadır. Dünya Bankı 2026-cı ilin yekunlarına görə Ermənistanda 5,3%-lik iqtisadi artım proqnozlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31