Çörəyin qablaşdırılması da qiymətlərə təsir etdi

Hələlik ölkədə çörəyin fərdi qaydada qablaşdırılması ilə bağlı milli standartlar müəyyən edilməsə də artıq bu növ məhsulların qablaşdırılmasına atart verilib. Məsələ orasındadır ki, çörəyin fərdi qaydada qablaşdırılması onun maya dəyərinə təsirsiz ötüşməyib. Bu barədə "Olaylar"a məlumat verən satıcılar qeyd ediblər ki, çörək məmulatları istehsalçılar tərəfindən qablaşdırılır və satış mərkəzlərinə əvvəlki qiymətindən 1 qəpik bahasına təhvil verilir. İstehsalçılar onu da bildiriblər ki, çörəyin qablaşdırılması prosesinə çəkdikləri xərcləri onun maya dəyərinə əlavə edəcəklər. Bu xərc qablaşdırmada istifadə edilən materialın qiymətindən asılı olacaq. Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov mətbuata bildirmişdi ki, çörək və çörək məhsullarının daşınması zamanı mövcud olan problemləri aradan qaldırmaq məqsədilə  yaxın vaxtlarda ölkədə  çörək məhsullarının qablaşdırılması üzrə milli standart  qəbul ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31