Azərbaycan və BVF arasında gələcəkdə dövr üçün nəzərdə tutulan layihələr müzakirə edilib
18:25 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) arasında gələcəkdə dövr üçün nəzərdə tutulan layihələr müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkədəki makroiqtisadi mühit, bank sektorunun inkişaf meyilləri və perspektivləri, həmçinin BVF missiyası çərçivəsində aparılan qiymətləndirmə nəticələri müzakirə olunub.
Bununla yanaşı, BVF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən və gələcək dövr üçün nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31