Bakı–Balakən qatarlarının hərəkəti dayandırılır

Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax-Balakən sahəsində dəmir yolu infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı istiqamətində qatarlar isə Qax stansiyasından yola düşəcək.

Məlumata görə, yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən etibarən Bakı-Balakən-Bakı reysləri müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1-13-ü tarixləri üçün bilet alan sərnişinlərə biletlərin dəyəri tam şəkildə geri qaytarılacaq.

ADY bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31