Bazarlarımız idxaldan asılı vəziyyətə düşüb- ÖZƏL

"Azərbaycanın iqlim şəraiti, coğrafi ərazisi və digər resursları imkan verir ki, özünü kənd təsərrüfatı məhsulları ilə təmin etsin. Təəssüf  ki, bazarlara, ticarət mərkəzlərinə nəzər saldıqda şahidi oluruq ki, idxaldan asılı vəziyyətə düşmüşük. Piştaxtalarda olan məhsulların  xeyli hissəsi xaricdən gətirilmiş məhsullardır. Həmin malların qiyməti, mənşəyi, hansı  xəstəliklərə səbəb olduğu başqa söhbətin mövzusudur". Bunu "Olaylar"a ekspert Əkrəm Bəydəmirli deyib: 

"Amma  yerli məhsulun inkişafındakı geriləmələr  iş yerlərinin itirilməsindən, ərzaq təhlükəsizliyi ilə bağlı  problemlərin  olduğundan xəbər verir.  Məgər aqrar məsələlərlə məşğul olan və birbaşa bu məsələlərə cavabdeh qurum  Kənd Təsərrüfatı Nazirliyi bu məqamları görmürmü?

Vətəndaş Cəmiyyəti İnstitutlarının  geniş tədqiqat işinə ehtiyac var.  Bu və digər strateji sahələrlə bağlı geniş tədqiqatlar apararaq yekun məlumatları ortaya qoymaq lazımdır. Belə məsələlər ətrafında peşəkar müzakirələr  ən azından QHT sektoru tərəfindən təşkil olunmalıdır. Millətə, dövlətə xidmət orda-burda deyinməklə deyil, hər kəs öz sahəsində faydalı çalışmaqla mümkün olur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31