Nazir ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

"Hesabat ilində istifadə olunmamış investisiya xərcinin əsas hissəsini və ya 334 milyon manatını xarici kreditor qurumlarla birgə maliyyələşmə əsasında həyata keçirilən layihələr üzrə kreditlər təşkil edir". "Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazir qeyd edib ki, proqnozlaşdırma zamanı xarici kreditor qurumların vəsaiti hesabına icra ediləcək layihələr hazırlıq tədbirləri və  danışıqlar prosesinin, bəzi kredit sazişlərinin imzalanmasının vaxt alması, habelə zəruri hallarda operativliyin təmin edilməsi məqsədilə optimist ssenarilər əsasında nəzərdə tutulur və cəlb edilən vəsaitlərə uyğun isə icrası təmin edilir.

"Eyni zamanda, hesabat ilində Nazirlər Kabineti tərəfindən "Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları" təsdiq edilib. Qaydalara əsasən, investisiya layihələrinin icra qrafiklərinə uyğunluğunun yoxlanılması, tam və vaxtında həyata keçirilməsinə nail olunması məqsədi ilə müvafiq monitorinqlərin aparılması nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31