Parlament 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqlədi
11:32 İqtisadiyyatMilli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini son oxunuşda qəbul edib. "Olaylar" xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31