Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
21:44 İqtisadiyyatSabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.
Qeyd olunub ki, bu ölkəyə 11 vaqon buğda tədarük olunacaq.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31