Qızıl və gümüşün qiymətində artım qeydə alındı
11:18 İqtisadiyyatƏmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb.
Milli.Az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb.
Eyni zamanda, gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçersləri də 1,49% bahalaşaraq 59,67 ABŞ dolları təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31