Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz olmayacaq
14:24 İqtisadiyyatSabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan etibarən işlər başa çatana qədər Goranboy rayonunun Hazırəhmədli kəndi və Samux rayonunun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Qeyd olunub ki, təmir-bərpa işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31