Azərbaycan islam maliyyəsi mərkəzinə çevrilə bilər- ÖZƏL
11:17 İqtisadiyyat"Azərbaycanın MDB regionunda islam maliyyəsi mərkəzinə çevrilmək imkanı artır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Azərbaycan Qlobal İslam Fintex İndeksində 46-cı yeri tutur ki, bu da inkişaf etmiş rəqəmsal infrastrukturun, rəqəmsal bankçılığın geniş yayılmasının və fintex sektorunun tənzimlənməsində irəliləyişin olduğunu göstərir. İslam maliyyə alətlərinin inkişafı likvidliyin idarə olunması mexanizmlərinin əhəmiyyətini artıracaq. İslam bazarı inkişaf etdikcə bazarın səmərəli fəaliyyətini təmin etmək üçün banklararası mexanizmlərə tələbat artacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31