Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq (FOTO)
20:02 İqtisadiyyatAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.
İclas iştirakçılarına "Fruit Valley" MMC-nin və "Yard Agro" MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31