Qeyri-neft-qaz sektorunda artım, neft-qaz sektorunda isə azalma qeydə alınıb

2025-ci il dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2026-cı il üzrə növbədənkənar sessiyası çərçivəsində növbəti iclası keçirilir. "Olaylar" xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyində "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxaırlıb. Büdcə layihəsinin təqdimatı zamanı bildirilib ki, 2025-ci ildə qlobal və regional miqyasda davam edən siyasi-iqtisadi gərginliklər və qeyri-müəyyənliklər fonunda Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Ümumi daxili məhsul (ÜDM) real ifadədə 1.4 faiz artıb və 129.1 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektorunda 2.7 faizlik artım, neft-qaz sektorunda isə 1.6 faiz real azalma qeydə alınıb. 2025-ci ildə adambaşına düşən ÜDM real ifadədə bir faiz artaraq 12.6 min manat təşkil edib. Ötən ildə ÜDM-in strukturunda ən böyük xüsusi çəkiyə (33 faiz) malik sənayedə 0.8 faiz azalma qeydə alınıb. Beləki 42.6 milyard manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda (xüsusi çəkisi 11.3 faiz) 3.3 faiz real artım olub.
Həmçinin 14.6 milyard manatlıq, nəqliyyat və anbar təsərrüfatı sektorunda (xüsusi çəkisi 7.1 faiz) 4.6 faiz real artım qeydə alınıb.  9.1 milyard manatlıq, kənd təsərrüfatında (xüsusi çəkisi 5.9 faiz) 0.9 faiz real artım olmaqla 7.6 milyard manatlıq əlavə dəyər istehsal olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31