Rusiyanın pomidor-xiyar sanksiyası sadəcə bir oyun idi- ÖZƏL

"Aylar boyunca Kremlin Ermənistanda çevriliş planı hazırladığı barədə fikirlər səsləndirilsə də, Putinin Paşinyanla gizli anlaşma içərisində olduğunu efirlərdən deyir, yazılarımda yazırdım. Son anlaşma 1 apreldə oldu və Paşinyan Köçəryanın həmin görüşün ictimaiyyət qarşısındakı sərt polemikasına aldanıb, ortaya iddialı çıxmasından sonra bircə kəlməlik sirr verdi: Putinlə iyunun ikinci yarısında görüş üçün razılaşmışıq. Daha bundan artıq nə deməliydi?" "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Elşad Paşasoy deyib: "Rusiyanın pomidor-xiyar sanksiyası sadəcə bir oyun idi. Paşinyan ötən 5 ildə Rusiyaya elə yaxşılıqlar edib ki...Serjik və Robikin vaxtlarında belə, Rusiya və Ermənistan arasında Paşinyan dövründə olduğu miqyasda ticarət dövriyyəsi olmayıb. Təsəvvür edin, sanksiyalar içərisində boğulan ölkəyə gizli dəstək verənlərdən biridir Nikolun sənədsiz ölkəsi, Rusiya bu yaxşılığı unudardımı? Kreml Ermənistanın passiv seçicilərini seçkiyə gəlib məhz Paşinyana dəstək verməyə yönəlik siyasət sərgilədi. Amma düz elədi, bizə də Nikol lazımdır, ev tapşırıqlarını sonadək icra etməsi üçün".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31