Azərbaycan yaşıl enerji keçidinin ön sıralarında qərarlaşıb- ÖZƏL

"Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən öz imkanlarından maksimum dərəcədə səmərəli istifadə edən, milli maraqları beynəlxalq tərəfdaşlıqla uğurla uzlaşdıran nadir ölkələrdən biridir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov deyib: "Müstəqilliyin bərpasının ilkin dövrlərində üzləşdiyimiz iqtisadi böhran, daxili sabitliyin pozulması və geosiyasi təzyiqlər fonunda neft və qaz resursları Azərbaycan üçün bir dövlət kimi ayaqda qalmağın, suverenliyi qorumağın yeganə və ən etibarlı yolu oldu. Həyata keçirilən müdrik və uzaqgörən enerji strategiyası ölkəni qısa müddətdə regional liderə və qlobal enerji bazarının etibarlı tərəfdaşına çevirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqın rifahının yüksəldilməsində və yaşıl gündəlik məsələlərində çox bariz bir nümunə ortaya qoymuşdur. Müasir dövrün çağırışlarına cavab olaraq, Azərbaycan bu gün həm də yaşıl enerji keçidinin ön sıralarında qərarlaşıb. Ənənəvi enerji növlərindən qazanılan iqtisadi güc indi bərpaolunan enerji mənbələrinin yaradılmasına və ekoloji layihələrin maliyyələşdirilməsinə yönəldilir. Ölkəmiz beynəlxalq investisiyalara tam açıq olmaqla yanaşı, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizəyə öz praktiki töhfəsini verir. Bu yanaşma sübut edir ki, əsl uğur birtərəfli ideoloji şüarlarla deyil, praqmatik, real hədəflərə söykənən və gələcəyi düzgün planlaşdıran strategiya ilə qazanılır. Odur ki, milli maraqlara əsaslanan müdrik siyasət və beynəlxalq tərəfdaşlıq ölkəmizin dayanıqlı gələcəyinin əsas qarantıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31