Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı
10:00 İqtisadiyyatƏmtəə bazarlarında neftin qiyməti 97 dolları ötüb.
Milli.Az xəbər verir ki, dünya bazarında neft qiymətləri artım nümayiş etdirib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul tədarüklü WTI markalı neftin qiyməti 1,30% və ya 1,22 ABŞ dolları artaraq bir barel üçün 94,98 dollara yüksəlib.
Londonun ICE birjasında avqust tədarüklü Brent markalı neftin qiyməti isə 1,14% və ya 1,09 ABŞ dolları artaraq 97,09 dollar təşkil edib.
Qiymət artımına ABŞ-İran gərginliyinin yenidən yüksəlməsi, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin davam etməsi və investorların mümkün təklif məhdudiyyətləri ilə bağlı narahatlıqları təsir göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31