Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr

ABŞ və Azərbaycan arasındakı münasibətlər Vaşinqton üçün əsas prioritetdir.

Bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat brifinqində bildirib.

Orr deyib: "Cənubi Qafqaz regionunda yeni bir sülh dövrünü qarşılamağa çalışdığımız bir vaxtda ABŞ və Azərbaycan arasındakı münasibətlər ABŞ və Tramp administrasiyası üçün əsas prioritetdir."

O qeyd edib ki, ABŞ və Azərbaycan fevral ayında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas elementi olan ticarət, biznes və investisiya sahələrində ikitərəfli imkanları genişləndirməyə sadiqdirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31