Kritik minerallar üzrə Saziş Azərbaycan-ABŞ əməkdaşlığında yeni bir səhifə açır
18:39 İqtisadiyyatAzərbaycan ilə ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi ikitərəfli iqtisadi əməkdaşlıqda yeni bir səhifə açır.
Olaylar xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan brifinqdə deyib.
Nazir qeyd edib ki, sözügedən saziş dünən imzalanıb.
"Bu, iqtisadi əməkdaşlığımızda yeni bir səhifəni açır. Bu yalnız böyük perspektivlər vəd etmir, həm də bu sahənin müasir iqtisadiyyatda və istehsal ehtiyaclarının təmin edilməsində oynadığı rol baxımından son dərəcə vacibdir.
Biz bu sahədə ixtisaslaşmış Amerika özəl şirkətləri ilə əməkdaşlığı böyük maraqla gözləyirik. Məqsədimiz onların bilik və təcrübəsindən, eləcə də Prezident Tramp administrasiyasının siyasəti sayəsində formalaşmış imkan və alətlərdən faydalanmaqdır. Həmin siyasət kritik minerallar sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib", - deyə M.Cabbarov bildirib.