Nazirlər Birgə Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər (FOTO)
19:27 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Tatarıstan Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-Tatarıstan iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, habelə iki tərəf arasında işgüzar dairələrin tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi xüsusi olaraq qeyd edilib.
Bundan başqa, Birgə Sənaye Parkı layihəsinin reallaşdırılması, enerji sahəsində qarşılıqlı fəaliyyətin təşviqi, eləcə də Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31