Azərbaycanda mikrosığorta modeli tətbiq olunacaq

2030-cu ilədək Azərbaycanda mikrosığorta modelinin tətbiqinə başlanılması nəzərdə tutulur.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, əvvəlcə mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi həyata keçiriləcək. Daha sonra mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi icra ediləcək. Daha sonra tənzimləmə və lisenziyalaşdırma üzrə tələblərin müəyyən edilməsi prosesi həyata keçiriləcək.

Layihənin həyata keçirilməsi zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) da prosesə cəlb olunması planlaşdırılır.

Dövlət Proqramında tədbirin əsas icraçısı qismində Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31