Bu il məhsuldarlıq 26,5 sentnerə çatıb
Tərəvəz istehsalı artıb, kartof isə azalıb
16 İyul 2012 13:14 İqtisadiyyat2012-ci il iyul ayının 1-nə kimi 606.6 min hektar ərazidən taxıl biçilib və həmin sahələrdən 1606.9 min ton məhsul toplanıb. Statistika Komitəsindən verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 119.7 min hektar çox sahənin taxılı biçilib və 415.0 min ton çox məhsul toplanıb. Məhsuldarlıq 2.0 sentner yüksələrək hər hektardan orta hesabla 26.5 sentnerə bərabər olub. Yığım başlanandan tarlalardan 245.8 min ton kartof, 315.3 min ton tərəvəz, 71.6 min ton meyvə və giləmeyvə, 48.0 min ton bostan məhsulları, 54.0 ton tütün, 277.7 ton yaşıl çay yarpağı toplanıb. 2011-ci ilin analoji dövrü ilə müqayisədə tərəvəz istehsalı 8.4 min ton, bostan məhsulları istehsalı 19.2 min ton, tütün istehsalı 16.7 ton, meyvə və giləmeyvə istehsalı 8.8 min ton artmış, kartof istehsalı 20.6 min ton, yaşıl çay yarpağı istehsalı 8.3 ton azalıb.