Mikayıl Cabbarov Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti ilə görüşüb
19:20 İqtisadiyyatİqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov ilə görüş keçirib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı Qrupu arasında uğurlu əməkdaşlığın nəticələri məmnunluqla qeyd olunub.
Tərəflər ölkəmizdə həyata keçirilən infrastruktur layihələrinin iqtisadi inkişaf və dayanıqlı urbanizasiya baxımından əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı Azərbaycanda və regionda infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Dünya Bankının maliyyə alətlərindən istifadə və şəhərsalma sahəsində potensial layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə dayanıqlı inkişaf məqsədlərinə uyğun layihələrin həyata keçirilməsinin regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
