Yeni iqlim standartları yoxsulluğun artımına səbəb olmamalıdır - Taraba
18:10 İqtisadiyyatYeni iqlim standartları yoxsulluğun və sosial gərginliyin artmasına səbəb olmamalıdır.
Olaylar xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş nazirinin müavini, Ətraf mühitin mühafizəsi naziri Tomaş Taraba Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.\
"Biz iqlim dəyişiklikləri ilə yalnız yeni standartların tətbiqi yolu ilə deyil, həm də icmaların yeni sosial gərginlik və yoxsulluq dalğası ilə üzləşməməsini təmin edəcək şəkildə mübarizə aparmalıyıq", - deyə o vurğulayıb.
Taraba qeyd edib ki, yeni siyasətlərdə nəzərdə tutulan standartların yüksəldilməsi çox vaxt qiymət artımına səbəb olur. Buna görə də iqlim tədbirləri maksimum dərəcədə effektiv olmalı və yeni problemlər yaratmamalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31