Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas hissəsinə çevriləcək – Şahin Mustafayev

Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının əsas komponenti kimi bütün region üçün strateji əhəmiyyət kəsb edir.

Bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya - İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda bildirib.

Baş nazirin müavini bildirib ki, Araz çayı üzərindəki avtomobil körpüsünün və əlaqəli keçid məntəqələrinin tikintisi hazırda başa çatmaq üzrədir: "İstismara verildikdən sonra beynəlxalq nəqliyyat marşrutlarının tam hüquqlu bir hissəsinə çevriləcək".

Ş.Mustafayev həmçinin təxminən 10 ildir nəqliyyat əlaqəsini uğurla təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyətini qeyd edib və layihələr başa çatdıqdan sonra regionda səmərəli və dayanıqlı dəmir yolu şəbəkəsinin formalaşacağını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31