Şimal-Cənub Dəhlizinin tutumu 15 milyon tona qədər artacaq - Şahin Mustafayev

Azərbaycan etibarlı şəkildə fəaliyyət göstərən və geosiyasi gərginliklər fonunda belə rəqabət qabiliyyətini sübut edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (Rusiya-Azərbaycan-İran) infrastrukturunu fəal şəkildə modernləşdirir.

Olaylar.az bu barədə Baş nazirin müavini Şahin Mustafayev "Rusiya - İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Rusiya ilə müqavilələr çərçivəsində dəmir yolu infrastrukturunun genişləndirilməsi üzrə işlər aparılır. Layihələrin 2028-ci ildə başa çatdırılması planlaşdırılır ki, bu da əvvəlcə ötürmə qabiliyyətini 5 milyon tona, sonradan isə ildə 15 milyon tona çatdıracaq.

O qeyd edib ki, xüsusilə Azərbaycan-İran sərhədində Astara terminalı və Fars körfəzinə çıxışı olan dəhlizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq Rəşt-Astara hissəsinin tikintisi vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31