İKTA-nın nümayəndə heyəti Ankarada tənzimləyici qurumların simpoziumunda iştirak edib (FOTO)

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndə heyəti Ankarada Tənzimləyici Qurumların Qlobal Simpoziumu ("GSR-26") çərçivəsində təşkil olunan yüksəksəviyyəli sessiyalarda iştirak edib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Beynəlxalq Telekommunikasiya İttifaqının sözügedən simpoziumu telekommunikasiya və rəqəmsal tənzimləmə sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir.

Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin əsas tərəfdaş kimi çıxış etdiyi tədbirdə rəqəmsal bazarların inkişafı, yeni texnologiyaların tənzimlənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və regional əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

 

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tənzimləyici qurum rəhbərlərinin yüksəksəviyyəli müzakirə sessiyasında iştirak edib. Toplantıda rəqəmsal bazarların sürətli inkişafı fonunda tənzimləmə yanaşmalarının daha çevik olması, texnoloji dəyişikliklərə uyğun hüquqi çərçivələrin formalaşdırılması, bazara giriş maneələrinin azaldılması, investisiyaların artırılması və məsuliyyətli rəqəmsal inkişaf məsələləri müzakirə edilib.

Müzakirələr zamanı xidmət keyfiyyətinin ölçülə bilən indikatorlar əsasında qiymətləndirilməsi, istehlakçı hüquqlarının qorunması, rəqəmsal bazarlarda şəffaflığın artırılması, data əsaslı tənzimləmə modelləri, internet dayanıqlılığı və milli rəqəmsal suverenlik məsələləri xüsusi diqqət mərkəzində olub.

Tədbir çərçivəsində qəbul edilən ən yaxşı təcrübə təlimatları ("GSR-26 Best Practice Guidelines") rəqəmsal bazarlarda çevik, şəffaf və nəticəyönümlü tənzimləmə yanaşmalarının tətbiqinə dair beynəlxalq tövsiyələri özündə birləşdirir və gələcək tənzimləmə siyasətlərinin formalaşdırılmasında mühüm istinad sənədi kimi çıxış edir.

İKTA üçün bu platformada iştirak beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl tənzimləmə yanaşmalarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.

İKTA-nın nümayəndə heyəti Ankarada tənzimləyici qurumların simpoziumunda iştirak edib (FOTO)

İKTA-nın nümayəndə heyəti Ankarada tənzimləyici qurumların simpoziumunda iştirak edib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31