AMB və AİB maliyyə sektorunun inkişafı üzrə birgə təşəbbüsləri müzakirə edib (FOTO)

Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankının (AİB) arasında maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub.

Olaylar.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü departamentinin baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş çərçivəsində AMB və AİB arasında mövcud əməkdaşlığın cari vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar, yaşıl maliyyələşmə, eləcə də maliyyə sektorunun inkişafını dəstəkləyən birgə təşəbbüslər müzakirə olunub.

Görüşdə həmçinin Mərkəzi Bank və AİB arasında əlaqələrin inkişafı və texniki yardım imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

AMB və AİB maliyyə sektorunun inkişafı üzrə birgə təşəbbüsləri müzakirə edib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31